• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyindən oruc tutanlara tövsiyə

Səhiyyə Nazirliyindən oruc tutanlara tövsiyə
05.04.2022 21:00
Ramazanda mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.

 O qeyd edib ki, həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər.
Kimlərin oruc tuta bilməməsinə gəlincə isə, İsmayılova bildirib ki, oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur.
 
"Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur”, - o bildirib.

Həkim, həmçinin əlavə edib ki, bəzi insanlar sahura (oruc üçün səhər yeməyi) qalxmırlar. Lakin sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir. Çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş etmək orucun əsas şərtlərindən biridir. Bu, həm aclıq hissini azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək edəcək.

"İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd, ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər istifadə etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu isə uzun zaman ac qalmağa kömək edir.

İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu tövsiyə olunmur”, o əlavə etdi. 

Nazirlik rəsmisi əlavə edib ki, mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkər yüksəlməsinə səbəb ola bilər.

"Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür”, - İsmayılova əlavə etdi.
 
Azərbaycanda aprelin 2-də Ramazan ayı başlayıb və 1 ay davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol