• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tədrisi distant olan məktəb yoxdur - RƏSMİ

Azərbaycanda tədrisi distant olan məktəb yoxdur - RƏSMİ
05.04.2022 15:55
Hazırda Azərbaycanda koronavirusa görə distant fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Anews.az-a  bildirilib.

Qeyd olunub ki, bütün təhsil müəssisələri ənənəvi qaydada fəaliyyətlərini davam etdirirlər.
 
Təhsil müəssisəsində koronavirusa yoluxma faktı ilə bağlı müvafiq rayon üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət olunur. Araşdırmalar zamanı yoluxma sayı və ya təmaslar əsas götürülərək müvafiq qərar verilir. Sinifdə bir şagird koronavirusa yoluxarsa həmin sinif bağlanır, müəllimlərdən birində (və ya bir neçəsində) yoluxma halı baş verərsə məktəbdə distant təhsilə keçid olur. 
 
Sentyabrın 21-də Azərbaycanda distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda etdiyi dəyişikliklərə verdiyi izahda qeyd olunub. Qeyd olunub ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir. Bundan başqa, təhsil müəssisəsində növbəli iş rejimi tələbi də ləğv edilib.
 
2022-ci il yanvarın 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1692 dövlət və 133 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 127 min uşaq tərbiyə alır. 2021/2022-ci tədris ilinin əvvəlinə ölkənin 4394 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol