Yaqut Qarayeva: “Karantinlə bağlı bəzi qaydalarda dəyişikliklər edilə bilər”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın "Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət necədir?
- Ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma sayı azalır. Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan tələbatdır. Bu məsələdə də heç bir problem yoxdur və vəziyyət nəzarət altındadır.
Bu yaxınlarda karantin rejimi ilə bağlı bəzi qadağalar ləğv edildi. Bu, pandemiyanın növbəti dalğasına səbəb ola bilərmi?
- Son iki il ərzində, yəni pandemiya dövründə müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştamların meydana çıxması bizi ehtiyatlı, səbrli addımlamağa məcbur edir. Ona görə də dünyada baş verən hadisələri daim izləyirik. Çünki pandemiya qlobal prosesdir. COVID-19 infeksiyası ilə bağlı durum sırf Azərbayandakı epidemioloji vəziyyətə əsasən qiymətləndirilmir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Hazırda dünyanın bəzi ölkələrində yoluxmalarda artım qeydə alınır. Biz də həmin məlumatları ciddi şəkildə izləyirik və izləməliyik. Yəqin ki, həmin nəticələrdən asılı olaraq ölkəmizdə də bəzi qaydalarda dəyişikliklər olacaq.
Gündəlik yoluxma sayının azlığı qapalı məkanlarda tibbi maskalardan istifadənin ləğvi üçün səbəb ola bilərmi?
Əhalinin koronavirus əleyhinə vaksinasiya göstəricisi qarşıya qoyulan hədəflərə uyğundurmu? Vətəndaşlar vaksinasiyada aktiv iştirak edirmi?
COVID-19-dan qorunma üsulları dəyişməz olaraq qalırmı?
- Hesab edirəm ki, son iki ildə bizdə respirator gigiyena mədəniyyəti formalaşıb. Biz bunu itirməməliyik. Xüsusilə də payız-qış mövsümündə buna ciddi riayət etmək lazımdır. Müşahidələrim göstərir ki, yaşlı nəslin nümayəndələri maskalarını küçədə belə çıxarmırlar. Bu, çox gözəl davranışdır. Onlar özlərini tək koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən qorumuş olurlar. Əl təmizliyi də mütləqdir. Bir çox xəstəliklərin öhdəsindən gəlmək üçün də vaksinasiya qaçılmaz addımdır.
Son zamanlar Azərbaycanda daha çox hansı viruslara rast gəlinir?
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























