“İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında "İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin "İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında "İnvestisiya fəaliyyəti haqqında” və "Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni "İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.
İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























