• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb - EKSPERTDƏN ŞƏRH

Xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmayıb - EKSPERTDƏN ŞƏRH
05.04.2022 17:46
2022-ci ilin martında 27 nəfərin diplom tanınması ilə bağlı  müraciəti isə mənfi qərarla yekunlaşıb, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. 

Martda ümumillikdə, 98 müraciət daxil olub. Onların 71-i barədə müsbət qərar verilib. 

Tədris dili üzrə bilik səviyyəsinin aşağı olması səbəbi ilə 17,dərsdə iştirak göstəricisinin zəifliyinə görə 4, hər iki səbəb ilə bağlı 3, digər səbəblər üzrə 3 nəfərin diplomu tanınmayıb. 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 31, Ukraynadan 30, Türkiyədən 18, Gürcüstandan 7, Latviya 3, digər ölkələrdən isə 9 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 12, iqtisadiyyat üzrə 7, menecment üzrə 6, tibb üzrə 6, maliyyə və kredit üzrə 4 nəfər müraciətçi qeydə alınıb.
 
Xaricdə təhsil alanların diplomları başqa hansı səbəbdən tanınmaya bilər?
 
Kamran Əsədov bildirir ki, əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. 

"Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün ərzində qalmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığından olur", ekspert bildirdi.
 
Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyur. 

Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol