• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil üçün yaş məhdudiyyəti yoxdur – RƏSMİ

Xaricdə təhsil üçün yaş məhdudiyyəti yoxdur – RƏSMİ
06.04.2022 10:59
47 yaşlı namizəd xaricdə təhsil almaq üçün Təhsil Nazirliyinə müraciət edib. Bununla bağlı vətəndaşın müraciətini Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov "Təhsil masası"nda səsləndirib. 
 
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov müraciətə cavab olaraq qeyd edib ki, dövlət hesabına xaricdə təhsil üçün yaşla bağlı məhdudiyyət yoxdur.
 
"Bunu daha dəqiq olaraq, alt sənədlər təsdiq edildikdən sonra biləcəyik", o bildirib. 
 
Prezident İlham Əliyev fevralın 28-də gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün xarici Dövlət Proqramının prioritet istiqamətləri proqramını imzalayıb.
 
2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Bu Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət Proqramının hədəf göstəricisinə əsasən proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
 
Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” da hazırlanıb. Siyahı ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq müəyyənləşib.

Siyahı hazırlanarkən təhsil müəssisələrinin "Times Higher Education (THE) World University Rankings” və "Academic Ranking of World Universities (Shanghai)” beynəlxalq reytinqlərindəki sıralamaları, həmçinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil təcrübəsi əsas hesab olunub. Bununla da Dövlət Proqramının 15 prioritet ixtisas sahələrinə (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. 

 
Aytac Zeynalova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol