• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan külək enerjisi potensialına görə dünyanın 2-cisi olub

Azərbaycan külək enerjisi potensialına görə dünyanın 2-cisi olub
06.04.2022 13:38
Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.
 
Bu Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilir.
Hesabatda deyilir ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.
 
"Yaşıl hidrogen" siyasəti ilə əlaqədar olaraq isə 2060-cı ildə bu zona sıfır emissiya regionu olacaq.
 
Hesabata görə, bu sırada Azərbaycanla yanaşı Avstraliya, Şri-Lanka və Türkiyənin adı yer alıb.
 
 Avstraliyanın potensialı 4 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı isə 70 qiqavatt olaraq müəyyən edilib.
 
 Azərbaycan hökumətinin "Yaşıl enerji" ilə bağlı xüsusi strategiyası mövcuddur.
 
Bu siyasətə uyğun olaraq işğaldan azad edilmiş ərazilər "Yaşıl enerji” zonası elan edilib. Həmçinin Səudiyyə Ərəbistanının "Acwa Power” şirkəti 240 MVT gücündə külək enerji parkı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar” şirkəti isə 230 MVT gücündə günəş elektrik stansiyası inşa edəcək.
Hər iki stansiyanın inşa işlərinin 2023-cü ilin ortalarında yekunlaşaraq istismara verilməsi gözlənilir.
 
Azərbaycanda dəniz küləyi ilə bağlı siyasət, o cümlədən hüquqi və tənzimləyici baza, infrastrukturu təmin edən və satınalmalara dəstək mexanizmi yoxdur.(Report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol