• $
  • €
  • ₽
  • ₺
  • £

Quba Avtovağzalı satılır? - RƏSMİ CAVAB

Quba Avtovağzalı satılır? - RƏSMİ CAVAB
06.04.2022 15:59
Qubanın "Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.
 
Satışla bağlı elan sosial şəbəkələrdə paylaşılıb.
 
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.
 
Məsələ ilə bağlı açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.
 
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır: "Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək".
 
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
 
"Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma, buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
 
Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
 
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kv metrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kv metrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.(Report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol