• $
  • €
  • ₽
  • ₺
  • £

“Palmali” şirkəti növbəti gəmiyə şəhidin adını verir

“Palmali” şirkəti növbəti gəmiyə şəhidin adını verir
06.04.2022 17:11
2022-ci il aprelin 16-da II Qarabağ müharibəsinin şəhidi olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə verilərək dünya sularına buraxılacaq,bu barədə  anews.az-a açıqlamasında şirkətin mətbuat katibi Fidan Quliyeva deyib.
 
 
"Bolqarıstanın Varna şəhərindəki "Terem Shipyard” tərsanəsində olan gəmidə son təmir işləri aparılır. Uzunluğu 140 metr, 17 m genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir", Quliyeva bildirib.

 Əli  Nəcəfov 24 may 1998-ci ildə Masallının Tüklə kəndində doğulub. 2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin "Maliyyə” fakültəsində  «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.  2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı naminə gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
 
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli  Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Şəhid Masallı rayonunun Tüklə kəndində dəfn olunub.


 Mübariz Mənsimov və "Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, "Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. "General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol