Finlandiya Rusiya ilə yük dəmir yolu əlaqəsini dayandırır

Finlandiya Rusiya ilə yük dəmir yolu əlaqəsini dayandıracaq. Bu barədə Finlandiya dəmiryollarının operatoru VR Group-un yaydığı məlumatda deyilir.
"Aprelin 6-da "VR Group”un İdarə Heyəti yük daşımalarının nəzarətli dayandırılması barədə qərar qəbul edib”, mətndə deyilir.
Onlar əlavə ediblər ki, yük daşınmasına cavabdeh olan VR Transpoint bölməsi daşımanın dayandırılması üçün plan hazırlayacaq. "VR trafiki mümkün qədər tez bağlamaq niyyətindədir, lakin bu prosesin bir neçə ay çəkə biləcəyi təxmin edilir”, - şirkət bildirib.
VR bundan əvvəl Britaniyanın sanksiyalarına görə martın 27-dən etibarən Rusiya ilə yük əməliyyatlarını dayandırmışdı, lakin daha sonra Britaniya hakimiyyət orqanlarından sözügedən sanksiyaların "VR tərəfindən bağlanmış müqavilələrə təsir etmədiyi” ilə bağlı aydınlıq gətirdikdən sonra onları martın 30-dan bərpa edib.
Martın 28-dən VR həmçinin Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən Allegro sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb. Bu, hava məkanı bağlandıqdan sonra Rusiyadan AB-yə getməyin praktiki olaraq yeganə ən əlverişli yolu idi.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























