• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” rəhbəri tənqidlərə münasibət bildirib

“Azəriqaz” rəhbəri tənqidlərə münasibət bildirib
06.04.2022 22:21
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə Birliyin ünvanına səsləndirilən fikirlərə münasibət bildirib.

Ruslan Əliyev bununla bağlı feysbuk səhifəsində yazıb.


"Dəyərli dostlar, hörmətli SOCAR "Azəriqaz” İB-nin kollektivi! Son günlər sosial şəbəkələrdə Birliyin ünvanına əsaslı və ya əsassız şəkildə səsləndirilən fikirlərə verilən reaksiyalar lazımsız fikirlər formalaşdırır. Sanki bu reaksiyaların bir əldən, konkret Birlik rəhbərliyi tərəfindən yönləndirildiyi təəssüratı yaranır. Halbuki Birliyin rəhbəri olaraq, hər zaman bəyan etmişəm ki, əgər ədalətsiz tənqidlərin kökündə bir faiz olsa belə həqiqət varsa, məqsəd ittihamlara cavab yox, həmin o bir faizlik həqiqətin təmin edilməsi olmalıdır. Çünki inkişafımız, etibarımız tənqidlərdən nəticə çıxarmağımızdan çox asılıdır. Bu baxımdan xahiş edirəm, əgər kimlərsə dostluq və ya kimlərsə çalışdığı qurumun mövqeyini müdafiə etmək naminə nəsə etmək istəyirsə, anlayışlı olsunlar.


Sosial şəbəkələrdə səsləndirilən problemləri aidiyyəti şöbələrə yönləndirsinlər ki, məsələ tez bir zamanda öz həllini tapsın. Ümidvaram ki, yanlış fikirlərin formalaşmaması naminə diqqətli olacağıq. Sayğılar!", - Əliyev qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol