• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və ÜST yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq verib

Aİ və ÜST yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq verib
07.04.2022 11:13
Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının layihəsi çərçivəsində yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq təhvil verilib.

7 aprel – Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib. Hər il aprel ayının sonunda keçirilən ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.

Tədbirdə COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş əsas nailiyyətlər qeyd edilib. Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru və 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz edilib. Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer və 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.

Peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi məqsədilə "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində əlavə avadanlıq və cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə, aprel ayının sonlarında ÜST-nin Azərbaycan Nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik "COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.(apa.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol