• $
  • €
  • ₽
  • ₺
  • £

Maşını götürmədən yolu asfaltladılar - FOTO

Maşını götürmədən yolu asfaltladılar - FOTO
07.04.2022 12:49
Bakıda yol təmiri zamanı yolun hərəkət hissəsində park edilmiş avtomobil olan hissəyə asfalt vurulmayıb, bununla bağlı sosial şəbəkədə foto yayılıb. 

Şəkil Səbail rayonunun Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib. Fotodan görünür ki, yolda qalan avtomobil Rusiya dövlət nömrə nişanını daşıyır. Ehtimal olunur ki, sahibi uzun müddətdir onu yol kənarında park edib və istifadə etmir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, məsələdən xəbərdardırlar. Yola asfalt vurularkən həmin avtomobilin sahibi tapılmadığına görə belə vəziyyət yaranıb.

"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq”, - bildirilib. (qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol