Azərbaycanda şirkət sahibinin meyiti tapılıb. - YENİLƏNDİ

Azərbaycanda yaşadığı evdə meyiti tapılan şirkət sahibinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
35 yaşlı Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış. Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.
Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
******
Meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Hələlik onun ölüm səbəbi məlum deyil.
Mərhum Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























