Eynulla Fətullayevə 4000 avro təzminat ödəniləcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 7-də jurnalist, "Haqqin.az” saytının rəhbəri "Eynulla Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.
AHİM-in qərarı haqda hüquq müdafiəçisi Xalid Ağalıyev xəbər verib.
Məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
"Bu iş Eynulla Fətullayev "Gündəlik Azərbaycan” və "Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru kimi həbsdə olarkən üzərindən narkotik tapılması ittihamları ilə bağlı idi. AİHM hesab etdi ki, bu işdə jurnalistlə bağlı bütün məhkəmə prosesləri ədalətsiz olub, Konvensiyanın 6.1-ci maddəsi pozulub”,- deyə hüquq müdafiəçisi bildirib.
www.anews.az

AHİM-in qərarına əsasən, hökumət jurnalistə 4000 avro təzminat ödəməlidir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib