• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət xəstəxanasının həkimləri iş vaxtı özəl klinikada olurlar?

Dövlət xəstəxanasının həkimləri iş vaxtı özəl klinikada olurlar?
07.04.2022 14:40
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkimləri artıq 4 aydır ki, iş günləri işə çıxmırlar. Xəstəxana rəhbərliyinə 200 manat rüşvət verərək rayondakı digər özəl xəstəxanada işləyirlər. Nəticədə dövlət xəstəxanasında hər gün xəstə sıxlığı yaranır.

Bu iddia ilə "Qafqazinfo”ya Zaqatala sakini Elvira Soltanova müraciət edib. Onun sözlərinə görə, həkimlərin özəl xəstəxanaya üz tutmalarına səbəb orada qəbulla bağlı ödənişin daha yüksək olmasıdır.
 
"Həftə ərzində heç bir həkimi yerində tapmaq olmur, nə vaxt gediriksə, həkimlər yerlərində olmurlar. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminə hərəsinə 100 manat verib öz işlərində olurlar. Özəl xəstəxanaya getmələrinə səbəb isə orada qəbulun daha baha olmasıdır. Dövlət xəstəxanasına müraciət edən xəstələrin hamısını özəl xəstəxanaya yönləndirirlər. Ora da gedirik, adi həkim qəbulu 20 manatdır...”, - o bildirib.

Sözügedən ittihamlarla əlaqədar həmin xəstəxananın həkimi Ceyran Dibirova ilə əlaqə saxladıq. O, ancaq nahar fasiləsində özəl xəstəxanada xəstə müayinəsinə getdiyini bildirdi.
 
"Mənim evim klinika ilə üzbəüzdür. Nahar fasiləmdə, saat 13-dən 14-dək o klinikada xəstə qəbul edirəm. O da ancaq xəstə olduğu hallarda. Qalan vaxtı axşam saat 8-ə qədər iş yerimdəyəm, kim istəsə gəlib baxa bilər. Mən bundan əvvəl baş verən ana ölümü ilə bağlı düz danışmışam deyə, "ölməməli idi” demişəm deyə mənə hücum çəkiblər...”,- o bildirdi.

Həkim həmçinin özəl klinikanın səhifəsində saat 10:00-dan 14:00-dək qəbul elanı ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, həmin elan onun məzuniyyətdə olduğu dövrdə paylaşılıb. Həmin vaxt evdə olduğu üçün qeyd olunan saatlarda özəl klinikada pasiyentlərini qəbul edib. 
 
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentlikdən "Qafqazinfo”nun sorğusuna cavab olaraq dövlət xəstəxanasına müraciət edənlərin özəllərə yönləndirilməsi haqda iddiaya münasibət bildirilib. Açıqlamada deyilib ki, bütün ölkə vətəndaşları sığortaolunandır və Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.
 
"Vətəndaşların icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən yararlana bilməməsi məsələsinə gəldikdə isə qeyd edək ki, ilkin tibbi-sanitariya yardımı ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzlərində tibbi xidmət göstərilir. Vətəndaşlar qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan Zaqatala Rayon Mərkəzi Xəstəxanasına şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən də yararlana bilərlər. Bununla yanaşı, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər”, bildirib.

Agentlikdən həmçinin bildirilib ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. 

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli tibb müəssisələrindən birinə göndəriş verilir.
 
"Vətəndaşdan TƏBİB-in tabeliyindəki tibb müəssisəsində ixtisaslı həkim müayinəsi və Xidmətlər Zərfinə daxil olan tibbi xidmətin həyata keçirilməsi ilə bağlı hər hansı şikayət olarsa, bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin məsul şəxslərinə, yaxud birbaşa rəhbərliyə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına müraciət edə bilər”,- deyildi.

Sadalanan digər qanunsuz hallar, həkimlərin iş vaxtı özəl xəstəxanalarda çalışması iddiaları ilə bağlı isə Zaqatala Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, həkimlər yalnız iş saatı bitdikdən sonra özəl xəstəxanada çalışırlar.
 
"Zaqatala Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkimlər iş saatlarında (09:00-16:00) iş yerlərində olurlar. İş saatı bitdikdən sonra həkimlərin özəl xəstəxanalarda fəaliyyət göstərməsinə xəstəxana rəhbərliyi müdaxilə edə bilməz. Bəzi müayinələr üçün xəstələr yalnız öz istəyi ilə bəzi hallarda özəl xəstəxanalara yönləndirilir. Bunlarla bağlı yaranmış narazılıq və şikayətlər əsassızdır. Zaqatala RMX PHŞ-da fəaliyyət göstərən həkimlərin heç biri özəl tibb müəssisələrində müqavilə ilə çalışmır”, bildirildi.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə həmin dövlət xəstəxanasında çalışan həkimlərin özəl xəstəxanada xəstə qəbulu ilə bağlı elanları yer alıb. Həmin reklamlarda xəstə qəbulunun vaxtı həftəiçi hər gün 10:00- 14:00 və ya 13:00-16:00 olaraq göstərilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol