• $
  • €
  • ₽
  • ₺
  • £

“Xahiş etmişdi ki, ona süpürgəçi işi tapım” - Partlayışda ölən xadimənin həyatı

“Xahiş etmişdi ki, ona süpürgəçi işi tapım” - Partlayışda ölən xadimənin həyatı
07.04.2022 16:24
Aprelin 3-də Səbail rayonunda yerləşən "Location” gecə klubunda baş vermiş partlayışda həlak olan Maya Axundova ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
"Qafqazinfo”nun əməkdaşı 1979-cu il təvəllüdlü qadının doğulub böyüdüyü Yasamal rayonu İslam Səfərli küçəsindəki ünvanda olub.

Məlum olub ki, Maya Axundova bacısı ilə birlikdə 2003-cü ildə buradakı mənzillərini sataraq başqa yerə köçüb. Buna baxmayaraq, onların bəzi qonşularla münasibəti qalıb. Adının açıqlanmasını istəməyən sakin bildirib ki, 90-cı illərdə Maya Axundovanın anası Sabunçu rayonu ərazisində öldürülüb.
 
"Meyiti neft mədənlərinin yaxınlığında tapılıb. Mayagil iki bacıdır. Anasının qətlindən sonra atası da onları atdı, qızlar yetimçiliklə böyümüşdü. Mayanın 2001-ci ildə bir oğlu dünyaya gəlmişdi, o uşağı da tək böyütmüşdü”, o deyib.

Mərhumun digər qonşusu isə deyib ki, onu sonuncu dəfə 5-6 ay əvvəl görüb.
 
"Xeyli vaxt idi süpürgəçilik edirdi. Mənə dedi ki, ona bu ərazidə süpürgəçi işi tapım. Dedim ki, süpürgəçilikdənsə, xadimə kimi işləsə daha yaxşı olar. Deməli, ondan sonra gecə klubunda iş tapıb. Əvvəldən onun və bacısının bəxti gətirməmişdi. Bir bacısı var. O da, Ramanada fermada sağıcı işləyir. Çox məyus oldum...”, o bildirdi. 

O da məlum olub ki, Maya Axundova "Sovetski” adlanan ərazidə kirayə yaşayıb.

Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunda baş vermiş partlayış nəticəsində 1979-cu il təvəllüdlü Axundova Maya Elçin qızı hadisə yerində, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı isə xəstəxanada vəfat edib. Hadisə nəticəsində daha 36 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətləri ağır olduğundan xəstəxanalarda müalicələri davam etdirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, 3 nəfər həbs edilib, istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol