Azərbaycanda 18 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin övlət əmlakının özəlləşdirilməsi ilə bağlı aprelin 5-də və bu gün keçirdiyi hərraclarda 18 nəqliyyat vasitəsi özəlləşdirilib.Bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, əmlaklara ümumilikdə 66 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.
Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2 000 manat olan "VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3 840 manata özəlləşdirilib. Buraxılış tarixi 2008-ci il olan " VAZ-21041” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 4 500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5 650 manata yüksəlib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/36XEube )
Bu ay daha 5 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























