30 il əvvəl Xocalıda baş verənlərin bənzəri - Buça hadisələri

Ukraynanın Azərbaycandakı səfiri
Vladislav Kanevski Buça faciəsini Xocalı qırğını ilə müqayisə edib. Diplomat bu
barədə Tvitter hesabında yazıb.
"1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir...”, - Kanevski qeyd edib.
Bu gün, aprelin 7-də Rusiya qoşunlarının Kiyev yaxınlığında yerləşən Buça şəhərini tərk etməsindən sonra ərazidə kütləvi məzarlıqlar aşkarlanıb.
Şəhərin meri Anatoli Fedoruk bildirib ki, "Ukraqrosnab” müəssisəsinin, "Promenistıy” uşaq düşərgəsinin ərazisində, Vokzalnaya və Yablunskaya küçələrində kütləvi məzarlıqlar tapılıb. Burada aldıqları çoxsaylı güllə yarası nəticəsində ölmüş əlləri bağlı vəziyyətdə olan dinc sakinlərin meyitləri aşkarlanıb. Ümumi ölü sayı 320 nəfər təşkil edir.
"Hazırda kriminalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitlər üzərində iş aparır, amma tapılan meyitlərin sayı günü-gündən artmaqdadır”, - o deyib.
Siyasi şərhçi Züriyə Qarayeva bildirir ki, günahsız insanların qətliamı tarixdə ilk dəfə deyil. Onun sözlərinə görə, qəsbkarları dayandırmaq üçün beynəlxalq qurumlar daha ciddi mexanizmlər üzərində çalışmalıdır.
Ukraynanın Buça şəhərində silahlı toqquşmalar 1 ay davam edib. Bu şəhər Rusiyanın Belarusdan Kiyevə doğru irəliləməsinə mane olduğu üçün şiddətli atışmalara məruz qalıb. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb.
Buçada kütləvi məzarlıqların olduğu barədə məlumat artıq martın 13-də yayılmışdı. Müharibə müddətində məzarlıqda 67 mülki şəxs dəfn olunub. Şəhərin meri Anatoli Fedorukun sözlərinə görə, şəhərdəki kütləvi məzarlıqda dəfn olunanların sayı 280 nəfərə çatıb.
Federok AFP-ə verdiyi açıqlamada Buça küçələrinin meyitlərlə dolu olduğunu bildirib. Onun sözlərinə görə, insanlar başından güllələnərək öldürülüb. Həlak olan mülkilərin sayı artıq 300 nəfərdir. Ölənlərin arasında qadınlar, qocalar və azyaşlı uşaqlar da var.
Aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb. Cəsədlərin fotoları qısa müddətdə yayılıb və bir çox ölkə rəsmisi bu fotolara reaksiya verib.
Rusiya Müdafiə Nazirliyi (MN) Buçanın geniş görüntülərinin "saxta" olduğunu iddia edərək, şəhərin Rusiya tərəfindən işğalı zamanı "heç bir yerli sakinin zorakılıqdan əziyyət çəkmədiyini" bildirib. "Kiyev vilayətinin yaşayış məntəqələrində Rusiya hərbçiləri mülki şəxslərə 452 ton humanitar yardım çatdırıblar”, - Rusiya MN bildirib.
www.anews.az

"Ukraynanın Buça və İrpen
şəhərlərində yüzlərlə dinc sakininin qətlə yetirilməsi insanlığa qarşı törədilmiş
soyqırım cinayətidir. İşğalçıların Kiyev vilayətini tərk etdikdən sonra Buçaya
daxil olan Ukrayna ordusunun şəhərdə 450-dən artıq dinc sakinin cəsədlərini
tapması, onların arasında ailələrinin gözü qarşısında zorlandıqdan sonra
öldürülən qadınların da oldüğü, uşaq, yaşlı demədən hər kəsin öldürüldüyü və hətta
öldürülən bəzi adamların üzərindən tanklar sürərək əzilib yerə yapışdırıldığı
bir faktdır. Lakin Rusiya sadəcə bu hadisə ilə deyil, bundan öncəki addımları
ilə də işğalçı imici qazanıb. Bakıda 1990-cı il yanvarın 20-də və daha sonra Rusiyanın 366-cı
alayının bilavasitə iştirakı ilə Xocalıda törədilən qətliamları bunu deməyə əsas
verir", - Qarayeva bildirib.
Onun fikrincə , qlobal dünyanın Rusiyanın hərbi cinayətlərinə göz yumması və cəzasızlığın nəticəsidir ki, Rusiya bu cinayətləri törətməkdə davam edir.
"Srebrenitsa soyqırımına verdikləri hüquqi qiymət, sadəcə,
təəssüflənmək və qınamaq mövqeyindən ibarət olub. 1988-ci ildə Ermənistanda
yaşayan azərbaycanlıların öz evlərindən və torpaqlarından qovulması ilə etnik təmizləmə
başladı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşımız fiziki
işgəncələrə məruz qaldı, gözləri çıxarılmaqla, qolları və ayaqları kəsilməklə
şikəst oldular. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə
yetirildi, 8 ailə tamamilə məhv edildi. Bütün bunlar sübut olundu. Ermənistan
işğalçı dövlət kimi siyasi arenada tanındı. Lakin nəticə nəyi dəyişdi? Növbəti
soyqırımların qarşısını ala bildimi? Ona görə də dünya birliyinin kağız
parçaları artıq heç kimə lazım deyil", - şərhçi dedi.
Siyasi analitik Asif Nərimanlı bildirir ki, Buçadakı hadisələr Ukraynanın digər ərazilərində xüsusilə də Mariupolda baş verə bilər.
"Xocalı soyqırımına vaxtikən hüquqi qiymət verilsəydi, Buçada belə hadisələr baş
verməzdi. Xocalıda baş verənləri ermənilər
törətsə də, orda 366-cı Rusiya alayının olma faktı var. Xocalıdan sonra bu alayı ləğv
etdilər. Daha sonra həmin alayın komandirlərindən biri də bunu etiraf
edir, hətta baş verənlərlə bağlı Moskvaya
məxfi teleqram göndərir. 30 il sonra Rusiya ordusunun Buçada törətdikləri ilə
müqayisə aparanda doğruluq ortaya çıxır. Ukrayna tərəfinin də dünyaya çatdırmaq
istədiyi bir mesaj var. Xocalı soyqırımına vaxtinda hüquqi qiymət verilsə idi bu
gün bu hadisələr baş verməzdi. Sovet ordusu olan 366-cı alayla bağlı heç bir
addım atılmadı. Biz Mariupolda daha dəhşətli
mənzərə ilə qarşılaşa bilərik. Çünki ora əvvəldən ruslar tərəfindən mühasirəyə
alınan yer idi. Kadrlara da baxsaq görərik ki, minlərlə insan kütləvi məzarlıqda
basdırılır.Hələ də orada nə baş verdiyi tam dəqiq deyil. Məncə bu
hadisələr təkrarlanacaq", - Nərimanlı deyib.
Ukraynanın Buça şəhərində silahlı toqquşmalar 1 ay davam edib. Bu şəhər Rusiyanın Belarusdan Kiyevə doğru irəliləməsinə mane olduğu üçün şiddətli atışmalara məruz qalıb. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb.
Buçada kütləvi məzarlıqların olduğu barədə məlumat artıq martın 13-də yayılmışdı. Müharibə müddətində məzarlıqda 67 mülki şəxs dəfn olunub. Şəhərin meri Anatoli Fedorukun sözlərinə görə, şəhərdəki kütləvi məzarlıqda dəfn olunanların sayı 280 nəfərə çatıb.
Federok AFP-ə verdiyi açıqlamada Buça küçələrinin meyitlərlə dolu olduğunu bildirib. Onun sözlərinə görə, insanlar başından güllələnərək öldürülüb. Həlak olan mülkilərin sayı artıq 300 nəfərdir. Ölənlərin arasında qadınlar, qocalar və azyaşlı uşaqlar da var.
Aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb. Cəsədlərin fotoları qısa müddətdə yayılıb və bir çox ölkə rəsmisi bu fotolara reaksiya verib.
Rusiya Müdafiə Nazirliyi (MN) Buçanın geniş görüntülərinin "saxta" olduğunu iddia edərək, şəhərin Rusiya tərəfindən işğalı zamanı "heç bir yerli sakinin zorakılıqdan əziyyət çəkmədiyini" bildirib. "Kiyev vilayətinin yaşayış məntəqələrində Rusiya hərbçiləri mülki şəxslərə 452 ton humanitar yardım çatdırıblar”, - Rusiya MN bildirib.
2022-ci il fevralın 24-də
Rusiya Silahlı Qüvvələri Ukraynaya şərq, cənub və şimal istiqamətindən hücuma
başlayıb. Hücum indiyə kimi davam edir.
Səkinəxanm Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib