• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdabanda şəhidlərin məzarı ziyarət olunub

Ağdabanda  şəhidlərin məzarı ziyarət olunub
07.04.2022 16:38
Bu gün Kəlbəcər rayonunun bir qrup sakini 30 ildən sonra ilk dəfə Ağdaban kəndini ziyarət ediblər.

"Report"un Kələbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar ermənilərin Ağdabanda qətliam törətdikləri ərazilərə baş çəkiblər.

Daha sonra Ağdaban qətliamı zamanı həlak olan şəxslərin məzarları ziyarət olunub.

Bundan əlavə, səfər iştirakçıları Ağdaban kənd şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında olublar.

Səfərdə iştirak edən ziyarətçilər ermənilərin Ağdaban kəndində və Kələbəcər rayonunda törətdikləri vəhşilikləri öz gözləri görüblər.

Ağdaban faciəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib. Həmin gün 130 evdən ibarət Ağdaban kəndi ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol