• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci il üzrə dünya universitetlərinin reytinqi açıqlanıb

2022-ci il üzrə dünya universitetlərinin reytinqi açıqlanıb
07.04.2022 17:59
SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi 2022-ci il üzrə dünya universitetlərinin reytinq cədvəlini açıqlayıb.
 
Reytinq cədvəli 4362 ali təhsil müəssisəsinin məlumatları əsasında hazırlanıb. İlk 5 yeri Harvard Universiteti, Harvard Medical School, Tsinghua Universiteti, Stanford Universiteti, Çin Elmlər Akademiyası tutur.
 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu reytinqdə dünya universitetləri arasında 708-ci, Azərbaycan ali məktəbləri arasında  isə 1-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinin hazırlanması  3 kateqoriya üzrə aparılır. Bura  tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və cəmiyyətə təsir daxildir. UNEC tədqiqat performansı indiqatoru üzrə dünyada 399-cu yerdə, innovasiyaya çıxış üzrə 443-cü,  cəmiyyətə təsir indiqatoru üzrə isə 249-cu sırada qərarlaşıb.
 
UNEC bir sıra sahə reytinqləri (subject ranking) üzrə də yüksək nəticələr göstərib. Sahə reytinqləri SCOPUS data bazasında elmi fəaliyyətin nəticələri əsasında hesablanıb. Sahələr üzrə reytinqə görə də UNEC ölkə universitetləri arasında liderdir. Digər ölkələr arasında isə "İqtisadiyyat, Ekonometriya və Maliyyə” sahəsi üzrə Şərqi Avropada 56 və dünyada 468, "Biznes, İdarəetmə və Mühasibatlıq” Şərqi Avropada 83, dünyada 696, "Ətraf mühitin elmləri” Şərqi Avropada 39, dünyada 339, "Enerji” Şərqi Avropada 74, dünyada 461, "Riyaziyyat” Şərqi Avropada 71, dünyada 473, "Sosial elmlər” Şərqi Avropada 140-cı, dünyada 759-cu yerdədir.
 
1930 - cu ildə "Azərbaycan Dövlət Universiteti " ləğv edildikdən sonra onun fakültələri əsasında müxtəlif istiqamətli universitetlər yaradıldı. İqtisadiyyat  universiteti 1933 -cü ilə qədər bu adla, daha sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutu kimi  fəaliyyət göstərib. Azərbaycan ikinci dəfə müstəqilli qazanandan sonra Xalq Təsərrüfatı İnstitutuna İqtisadiyyat Universiteti adı verilib. 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol