• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-İran sərhədində insident - ÖLƏN VAR - YENİLƏNDİ

Azərbaycan-İran sərhədində insident - ÖLƏN VAR - YENİLƏNDİ
08.04.2022 12:22
İranla sərhəddə silahlı insident yaşanıb. Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı məlumat yayıb.

"Aprelin 7-də "Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı zastavasının ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub.

Xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. "Dayan” əmrinə və xəbərdarlıq atəşinə məhəl qoymayan şəxslər atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər. Sərhəd naryadı tərəfindən pozuculardan biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış davam etdirilir.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram "marixuana”, 10650 qram "heroin”, 85 qram "tiryək”, 4080 qram "metamfetamin”) və 300 ədəd "metadon 40” psixotrop tərkibli həblər götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

Hadisə barədə İran tərəfi məlumatlandırılıb. Faktla bağlı cinayət işi başlanılıb, Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda bildirilib.
 

*****
Azərbaycanın İranla sərhədində insident baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə  sərhəd zastavasının müşahidə kamerası vasitəsilə 2 nəfər sərhəd pozucusunun İran istiqamətindən 5-6 ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıb. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiyindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol