• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib

Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib
08.04.2022 12:50
Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsində çıxarılıb.
 
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə sabiq dekan müavini Anar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.

Məhkəmə apellyasiya prostestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, A.Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.

İttiham aktına əsasən, Anar Yusifov 2015-2020-ci illərdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin humanitar məsələlər üzrə dekan müavini vəzifəsində çalışıb. O, vəzifədə işləyən zaman öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.

Eyni zamanda, cinayət matereallarında qeyd edilib ki, Yusifov qeyrisini rüşvət qismində pul verməyə təhrik edib.

Yusifov 2019-cu ildə tanışı Həmzəyev Tural Nəsib oğlu vasitəsi ilə tanıdığı Qəhrəmanova Ülviyyə Tahir qızının Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qismində qəbul edilməsində köməklik göstərməsi vədini verib. Buna görə Qəhrəmanova ona ümumilikdə 2 min manat pul verib. Daha sonra o, qadından yenidən 3 min manat pul istəyib. .Qəhrəmanova isə işin uzandığını görərək onun istədiyi pulu verməyib və hüquq mühafizə orqanlarına müraciət edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusifova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.(report.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol