• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda it-pişik yemləri niyə bahalaşır?

Azərbaycanda it-pişik yemləri niyə bahalaşır?
08.04.2022 13:55
Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür. Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya çıxıb.

Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər. Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") onların bəzi növlərinin idxalına məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından etibarən qüvvədədir.

Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti nəzərəçarpacaq dərəcədə artıb - bəzi məhsullar üçün qiymət bir həftə ərzində iki dəfə yüksəlib.

Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var - nəqliyyat tapmaq və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.

Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.

"Report” bu suala cavab tapmaq üçün daxili bazar iştirakçıları ilə araşdırmaq qərarına gəldi.

Heyvan mağazalarından birinin rəhbəri Teyyub Səlimov bildirib ki, it-pişik yemlərində qıtlıq yaşanmır.

"Rusiya-Ukrayna müharibəsi başladığı ilk 20 gündə daşınmada, məhsulların gətirilməsində problem yarandı. Hazırda isə it-pişik yemləri normal şəkildə gətirilir. Doğrudur, qiymətlərdə artım var. Bütün məhsullarda 2 manata qədər artım müşahidə olunur”,- o bildirib.

Heyvan yemlərinin Azərbaycana kütləvi gətirilməsi ilə məşğul olan iş adamı Xaləddin Həsənov bildirib ki, daimi partnyorlarla çalışdıqları üçün hazırda it-pişik yemlərinin ölkəyə gətirilməsində heç bir problem yoxdur.

"Nə qədər mal sifariş ediriksə, o qədər də gəlir. Qiymət artımına gəlincə, bu indiki vəziyyətdə qaçılmazdır. Lakin problemlərin tezliklə həll olunacağına ümid edirik”, qeyd edib.

Başqa bir iş adamı – Elman Xasıyev də bazarda qıtlığın olmadığını deyir: "Bəzi problemlər yaşasaq da, indi vəziyyət sabitdir. Sifarişçilərimizə çatacaq qədər mal gətirə bilirik. Amma gələcəklə bağlı konkret söz verə bilmərəm. Sabah nəyin necə dəyişəcəyini demək olmaz”, əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol