Bakı metrosunda yenilik - PSD qapılar quraşdırılacaq

Bakı Metropolteni" QSC-nin şərti adı "B-04" olan yeni stansiyasında platforma ilə stansiya yolu arasında xüsusi təhlükəsizlik qapılarının quraşdırılması üçün infrastruktur olacaq. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"PSD (platform screen door) dediyimiz qapıların quraşdırılması üçün bu stansiyada hər cür şərait yaradılacaq. Bunu indiyə qədər inşa edilmiş stansiyalarda tətbiq etmək isə bu mümkün deyil. Çünki onlarda həmin qapıların hərəkətə gətirilməsi üçün infrastruktur yoxdur. Biz əvvəllər "28 May" stansiyasında araşdırmalar apardıq. Məlum oldu ki, həmin qapıları quraşdırmaq üçün latformanın aşağı hissəsi daha da möhkəmləndirilməlidir", - deyə o, qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























