• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Güləş Federasiyasının Prezidenti obyekt sahibini döydü

Milli Güləş Federasiyasının Prezidenti obyekt sahibini döydü
08.04.2022 15:15
Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov obyekt sahibini döyüb.

"Report”un əldə etdiyi məlumata görə, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən "Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə müraciət edilib.

DİN-in Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib. Bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

"Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”, o bildirdi.

Zərərçəkmişin vəkili Hikmət Əliyev "Report”a deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, "Fire Land" prodakşının rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir. Onun bir çox şeirlərinə mahnılar bəstələnib.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol