“Nar" 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir!

"Nar” 15 illik
yubileyi münasibətilə sosial media səhifələrində hədiyyəli yarışmalarına davam
edir. Mobil
operatorun "Hekayəmizin qəhrəmanı sənsən”
devizi ilə başlatdığı əyləncəli müsabiqədə bütün "Nar” abunəçiləri iştirak edə
bilərlər. 18 aprel tarixinədək davam edəcək yarışmada abunəçiləri
"Xiaomi Mi Electric Scooter Pro 2”, "JBL Quantum 600”, "JBL Flip 5” kimi dəyərli
hədiyyələr qazanmaq fürsəti gözləyir.
Müsabiqənin
qaydaları ilə tanış olmaq və fürsətlərdən yararlanmaq üçün "Nar”ın rəsmi sosial
media səhifələrini(Facebook», «İnstagram» və «Twitter») izlədiyinizdən
əmin olun.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart
2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş
4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri
Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























