• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi

Zaur Qəriboğlu Cavanşir Feyziyevi məhkəməyə verdi
08.04.2022 17:38
"Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğlu deputat Cavanşir Feyziyevi məhkəməyə verib.

Qəriboğlu millət vəkilinin onun barəsində böhtan xarakterli məlumat yaydığını iddia edib.

Cavanşir Feyziyev barəsində Yasamal Rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Zaur Qəriboğlu Feyziyevi Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib.

Məhkəmə iddianı aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərib. İddiaya yaxın günlərdə baxılacaq.

Bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi. Daha sonra isə paylaşımı silmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol