• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA və Audiovizual Şuranın rəhbərləri BDU-da

MEDİA və Audiovizual Şuranın rəhbərləri BDU-da
08.04.2022 21:30
8 aprel tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim heyəti iştirak edib. 
 
MEDİA-dan  verilən məlumata görə, əvvəlcə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasına baxış keçirilib. Radio və televiziya studiyaları, efir və montaj otaqları, audiovizual studiyaların fəaliyyəti və BDU TV internet kanalının işi ilə tanışlıq olub.
 
Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik imkanlarından və yaradıcı mühitdən məmnunluğunu ifadə edərək müştərək layihələrin həyata keçirilməsini təklif edib. Bildirilib ki, Tədris tele-tradio studiyasının maddi-texniki potensialı əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür. Ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli layihələrin reallaşmasına imkan verəcək.
 
Üçtərəfli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin stimullaşdırılmasından danışıb. Gələcəkdə MEDİA Agentliyinin dəstəyi ilə Jurnalistika fakültəsinin tələbələri üçün müsabiqələrin, treninqlərin və müxtəlif praktik seminarların təşkili barədə fikirlərini bildirib.
 
BDU-nun prorektoru Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol