• $
  • €
  • ₽
  • ₺
  • £

Alim Qasımovun qızı atasının evindən oğurluq edən həyat yoldaşını BAĞIŞLADI

Alim Qasımovun qızı atasının evindən oğurluq edən həyat yoldaşını BAĞIŞLADI
08.04.2022 20:34
Qızımın və Ümidin ailə qurmasında böyüklərin əli yoxdur. Bu, cavanların özlərinin bir-birinə olan baxışlarından və ünsiyyətdən olan münasibət olub. Biz də onların izdivac fikrinə "yox" demədik. Alim Qasımovun ilk nəvəsinin toyu idi. Bir də Fatimə ailəmizin sevimlisidir. Ona görə sevinirdik. Bu sözləri Əməkdar artist Fərqanə Qasımova rejissor Nail Naiboğlunun "Qırmızı" yutub layihəsinə açıqlamasında deyib.

Xanəndə qızı Fatimənin Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurmasından danışıb.

F.Qasımova "Natiq Şirinov necə qudadır" sualına "Allah bu sevinci nə bizə, nə oğlan evinə çox görsün. Əsas odur ki, Natiq Şirinov evinə gələn o qızı, gəlini öz övladı kimi sevir" cavabını verib.

Xanəndə tezliklə nənə olmağı arzuladığını da gizlətməyib.
"Fərqanə Qasımova həyat yoldaşını bağışlayıb" sualına ifaçı "hə" cavabını verib.

FərqanəQasımovanın həyat yoldaşı Elnur Mövlamov həbs edilib. O, Cinayət Məcəlləsinin 180.2.4 (Soyğunçuluq) və 178.3.2 (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın produseri Rəşadət Fərzəliyev tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamova 9 il həbs cəzası verilib.

Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun həbs müddəti bir il azaldılaraq 8 ilə endirilib.

Fərqanə Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol