Nazir Çində yayılan yeni virusla bağlı açıqlama verib

Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, yoluxuculuq "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:
"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır Covid" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun həmin ştam həddən artıq zəifdir"
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib