Keçmiş məhkum qətl törətdi

Şəmkir sakini küçədə keçmiş məhkum tərəfindən bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə aprelin 8-də saat 19 radələrində Qədimqala kəndi ərazisində şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib