• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri açıqlanıb

Bu il ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri açıqlanıb
09.04.2022 19:00
Bu il 1 milyon 450 min hektar ərazidə əkin sahələrinin suvarılması planlaşdırılır.
 
Bunu "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.
 
Onun sözlərinə görə, ölkədə suvarılan torpaqlarda əkilən taxıl sahələri 511 min hektar təşkil edir: "Bunun da 508 min hektara yaxını birinci suvarma suyu ilə təmin edilib, yerdə qalan 3 min hektar sahə isə bu və ya digər iqlim şəraiti ilə bağlı ərazilər olub ki, su tələbi olmayıb. Hazırda vegetasiya suvarılma davam edir, 210 min hektar ərazidə taxılın vegetasiya suvarılması davam etdirilir, 100 min hektar sahədə pambıq əkini planlaşdırılır.
 
Pambıq əkini ilə bağlı artıq şum-arat işləri həyata keçirilir. Təxminən 70 min hektara yaxın ərazidə şum-arat işləri aparılıb, qalan ərazilərdəisə davam etdirilir. Bizim bir neçə rayonumuzda, xüsusilə Biləsuvar, Beyləqan və digər rayonlarda arat suvarılması aparılmır və onlar çiyid səpildikdən sonra suvarılma aparılır. Bizim bütün bitkilərimiz hazırda mütəşəkkil formada suvarma suyu ilə təmin edilir".
 
2021-ci ildə də Azərbaycanda 1 milyon 400 min hektar ərazidə suvarılma işləri aparılıb. Meliorasiya və su təsərrüfatının xətti ilə anbarlardan təqribən 10 milyard kubmetr su götürülür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol