• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanın İsraildə səfirlik açması GÖZLƏNİLİR

Bu il Azərbaycanın İsraildə səfirlik açması GÖZLƏNİLİR
09.04.2022 15:34
Azərbaycanın İsraildə səfirlik açması gözlənilir.
 
Ötən gün İsrail Prezidenti İshaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda səfirliyin açılması məsələsinə də toxunub.
 
Məktubda deyilir: "İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir. Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.
 
Azərbaycanın səfirliyinin açılması məsələsinin ilk dəfə İsrail prezidenti səviyyəsində elan edilməsi xüsusilə diqqət çəkdi. Müzakirələr fonunda Azərbaycanın strateji tərəfdaşı olan İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlayacağı ehtimal olunur.
 
Məsələ ilə bağlı danışan Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.


 


Deputat hesab edir ki, İsraildə Azərbaycan səfirliyinin təsis edilməsi mümkün olacaq: "Azərbaycan bu yaxınlarda İsraildə Ticarət və Turizm Mərkəzi açdı. Hansı ki, Mərkəzə viza və konsulluq məsələləri hüququ verildi. Müəyyən zamandan sonra tam həcmli səfirliyin açılması mümkün ola bilər. Tərəflər arasında sıx əlaqələr daha da genişlənir. Azərbaycanın yaxın dostu olan Türkiyə ilə də İsrailin yaxşı münasibətləri yaranır. Hesab edirəm ki, gələcəkdə səfirliyin açılması mümkün olacaq".


 


"Nəzərə alsaq ki, İsrailin qonşu ərəb ölkələri də münasibətlərində yaxşılaşma var. Bir neçə ölkə artıq İsraildə öz səfirliyini açmaq qərarına gəlib. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda Azərbaycanda aktiv yəhudi diasporu var, həmçinin İsrail cəmiyyətində Azərbaycana qarşı həmişə müsbət fikirlər mövcud olub. Bu gün münasibətlərin yaxşı olması gələcəkdə səfirliyin açılması prosesini sürətləndirir", - deyə deputat vurğulayıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol