• $
  • €
  • ₽
  • ₺
  • £

Kömür qadağası – Rusiya iqtisadiyyatına növbəti ZƏRBƏ

Kömür qadağası – Rusiya iqtisadiyyatına növbəti ZƏRBƏ
09.04.2022 16:38
Qərb Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib. Sanksiyalar içərsində ən çox diqqət çəkən məqam Rusiyadan kömür ixracatının dayandırılmasıdır. Bu, Rusiya üçün nə deməkdir və Avropa Birliyi bu qadağanı necə kompensasiya edə biləcək?
 
Bu barədə Modern.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov xatırladıb ki, sanskiyalarla bağlı qərar Avropa Komissiyasının saytında yerləşdirilib və bu da qadağaların qüvvəyə minməsi anlamına gəlir. Deməli, bu gün etibarən Avropa şirkətləri Rusiyadan kömür satın almaq müqavilələri bağlaya bilməyəcəklər. Əvvəlki dövrdə bağlanan müqavilələr isə avqustadək icra olunub başa çatmalıdır:
 
"Rusiyada kömür istehsalının son illər artımı qeydə alınırdı. 2021-ci ildə Rusiya istehsalı əvvəlki illə müqayisədə 7 faiz artıraraq 262 milyon tona çatdırıb. 2024-cü ilədək isə bu rəqəmi 445 milyon tona çatdırmağı hədəfləyirdi. Rusiyanın kömür ixracatından illik gəliri 12.4 milyard dollar idi. Avropa Birliyi Rusiyanın gömür ixracatının 26.3 faizini təşkil edirdi. Bu orta hesabla illik 3.5 milyard dollar Avropa Birliyindən kömür idxalına görə Rusiyaya valyuta ödənişi demək idi. Avropa Birliyinin son qərarından sonra digər alıcıların da Rusiyadan kömür idxalının azaldacağı gözlənilir. Belə ki, Rusiya kömür ixracatının 22 faizi Cənubi Koreya, Yaponiya və Tayvana ünvanlanıb ki, sözügedən ölkələr, xüsusən ilk iki dövlətin sanksiyalara qoşulacağı gözləniləndir.
 
Rusiya Avropa Birliyinin kömür idxalının 45 faizini formalaşdırırdı. Rusiyadan ən çox kömür alan Avropa ölkəsi illik 22.3 milyon ton idxal ilə Almaniya idi. Daha sonra Niderland (15.8 milyon ton), Polşa (9.1 milyon ton) və İtaliya (5.8 milyon) Rusiyadan kömür alıcıları idilər".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol