• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev Pakistan televiziyasının rəhbərliyi ilə görüşüb

Hikmət Hacıyev Pakistan televiziyasının rəhbərliyi ilə görüşüb
09.04.2022 19:14
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu "BOL” Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovu qəbul edib.
 
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə AzTV və "BOL” Media Qrupu arasında imzalanan Anlaşma Memorandumu və iki ölkə xalqlarının dostluq və qardaşlıq münasibətlərinin təşviqi məsələləri müzakirə edilib.

Həmçinin qeyd edilib ki, bu amillər iki ölkə arasında bir sıra sahələrin, həmçinin informasiya texnologiyalarının inkişafına kömək edəcək.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Pakistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Prezidentin köməkçisi hazırda Qarabağda yenidənqurma və bərpa işlərinin aparıldığını, ermənilərin bu bölgədə Azərbaycana məxsus tarixi-mədəni irsi dağıtdığını və minalar döşədiyini qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, ermənilərin basdırdığı hər minanın əvəzinə sevgi və xeyirxahlıq naminə ağac əkiləcək.
 
O da qeyd olunub ki, "BOL” Media Qrupu və "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin imzaladığı Anlaşma Memorandumu vasitəsilə hər iki media qurumu arasında sənədli filmlərin, verilişlərin mübadiləsi və mədəni əlaqələrin təşviqi, həmçinin təlimlərin keçirilməsi nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol