• $
  • €
  • ₽
  • ₺
  • £

IX Qlobal Bakı Forumuna hazırlıq müzakirə edilib

IX Qlobal Bakı Forumuna hazırlıq müzakirə edilib
11.04.2022 21:30
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Afina şəhərində XXIII Ali Səviyyəli toplantını və IX Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib.

Mərkəzdən verilən məlumata görə, "Qlobal Dünya Nizamının yaşadığı çətinliklər: Necə irəliliyə bilərik?" başlığı ilə keçirilən XXIII Ali Səviyyəli toplantıda "Multilateralizm ölürmü?", "Qlobal Təhlükəsizlik Arxitekturasının yenidən nəzərdən keçirilməsi", "Ukrayna Müharibəsi: Dünya Nizamı üçün nə deməkdir? BMT-nın reforması", "Qlobal Səhiyyə İdarəçiliyi", Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı önəmli rol kimi mövzular müzakirə edilib.

Toplantının işində Yunanıstanın sabiq Xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq Xarici işlər naziri Tzipi Livni, Ukraynanın sabiq Birinci tanımı Katerina Yuşşenko, Ərəb Liqasının sabiq rəhbəri Amr Musa, Belçikanın sabiq Baş naziri İv Leterme, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliev və Petar Stoyanov, BMT Baş Assambleyasının 73-cü Prezidenti Maria Espinoza, Xorvatiyanın sabiq Prezidentləri Kolinda Grabar Kitarovic və İvo Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi, Mərkəzin Həm-sədri İsmayıl Seragəldin, Mərkəzin baş katibi Rövşən Muradov, baş katibin müavini İlahə İbrahimli, Gürcüstanın sabiq Baş nazirin müavini Eka Tkeşelaşvili iştirak edib.

O cümlədən Mərkəzin Həm-sədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freiberqa, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Ghebreyesus və İngiltərənin sabiq Baş naziri Qordon Broun onlayn formatda muzakirələrə qatılıblar.

Mərkəzin həmsədri, xanım Vayra Vike-Freiberqa II Dünya Müharibəsindən sonra dünyanın yaşadığı ən çətin bir vaxtda Mərkəzin fəaliyyətinə, Ukrayna, Ümumdünya Səhiyyə Təşkilatına və digər yardıma ehtiyacı olan ölkələrə göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına müraciətində İngiltərənin sabiq Baş Naziri Gordon Broun bildirib.
 
"Dünyada bu qədər parçalanmaların olduğu halda belə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi rolu var. Biz dialoq üçün çalışmalıyıq və insanlar zorakılıqla bir-birindən uzaqlaşdırıldıqda belə, onları bir araya gətirməyə çalışmalıyıq. Biz heç vaxt qorxudan hərəkət etməməliyik, lakin heç vaxt hərəkət etməkdən qorxmamalıyıq və hətta köhnə körpülər uçurulduqda belə, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində körpülər qurmağa çalışmalıyıq. Bu böyük beynəlxalq mərkəzi canlandıran inamı təkrar edirəm - ortaq Avropa taleyi, ayrılmaz Avropa layihəsi və uzaq qərbdən uzaq şərqə hamımızın üzünə açıq olması lazım olan ümumi Avropa evimiz var", əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol