Azərbaycanda yeniyetmənin uşağı doğulub

Gəncədə 16 yaşlı qız ana olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, şəhər sakini S. A. (ad-soyad şərtidir) Gəncə şəhər Abbas səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb.
"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub", o bildirib.
Mərdanoğlu əlavə etdi ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























