• $
  • €
  • ₽
  • ₺
  • £

Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək

Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək
11.04.2022 11:07
Azərbaycanda dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcəkBunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub.

"Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb. Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq. Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”, o bildirib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol