Azərbaycanda "avtobus pulu" qonşu ölkələrdən bahadır – HESABLAMA

Bakıda və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
Daşıyıcı şirkətlər öz müraciətlərində Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsini aparıblar. Onlar iddia ediblər ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda (avtobuslarda) gediş haqqı daha aşağıdır.
Həm qonşu ölkələrdə, həm də Azərbaycanda ictimai nəqliyyat (avtobuslar) əsasən dizel yanacağı ilə işləyir. Bu səbəbdən də qonşu ölkələr və Azərbaycanda dizel yanacağının qiymətlərini ictimai nəqliyyatdakı gediş haqqı ilə müqayisə etdik. Bu müqayisədən sonra məlum olur ki, Azərbaycanda daşıyıcı şirkətlər qonşu ölkələrin analoji şirkətlərindən daha çox qazanc əldə edirlər.
- Ermənistanda 1 litr dizelin qiyməti mövcud məzənnə ilə (475 AMD/$) hesablayanda 1,2 dollar (570 dram) təşkil edir. İctimai nəqliyyatda gediş haqqı isə 21 sentə (100 dram) bərabərdir. Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından 5,7 dəfə çoxdur. Ermənistanda daşıyıcı şirkətin 1 litr dizel ala bilməsi üçün ictimai nəqliyyatdan ən azı 6 nəfərin istifadə etməsi lazımdır.
- Gürcüstadan 1 litr dizelin qiyməti mövcud məzənnə ilə (3,1 GEL/$) hesablayanda 1,32 dollar (4,1 lari) təşkil edir. Gürcüstanda (Tblisi) ictimai nəqliyyatda gediş haqqı tarifləri Azərbaycan və Ermənistandan fərqlidir. Belə ki, bu ölkədə günlük, aylıq, illik və s. olmaqla limitsiz istifadə oluna biləcək kartlar satılır. Məsələn, hazırda bir illik limitsiz kartın qiyməti 250 lari (80 dollar) bərabərdir. Bir sərnişin gün ərzində orta hesabla 2 dəfə ictimai nəqliyyatdan istifadə etsə, o zaman 1 biletin qiyməti 11 sent (0,34 lari) təşkil edəcək. Rəqəmlərdən də göründüyü kimi 1 litr yanacağın qiyməti gediş haqqından 12 dəfə çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























