• $
  • €
  • ₽
  • ₺
  • £

Müəmmalı şəkildə ölən şəxs həbsdən yeni çıxıbmış - Təfərrüat

Müəmmalı şəkildə ölən şəxs həbsdən yeni çıxıbmış - Təfərrüat
11.04.2022 14:08
Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyitinin tapılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanabad qəsəbəsindəki həyətlərin birində cəsədi tapılan 1983-cü il təvəllüdlü Elşən Məmmədov həbsdən yeni çıxıbmış. Belə ki, bir neçə il əvvəl həbs edilən E. Məmmədov fevralın sonunda azadlığa çıxıb və doğulduğu qəsəbəyə qayıdaraq anası ilə birlikdə yaşayıb. Lakin martın sonunda o, müəmmalı şəkildə yoxa çıxıb.

Onun meyiti ötən gün qəsəbə sakinlərindən biri, uzun müddətdir yaşayış olmayan Nəzakət Abdullayevaya məxsus evin həyətində aşkar edilib. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.

Elşən Məmmədovun hansı səbəbdən və hansı şəraitdə ölməsi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Mərhumun nəşi artıq ailəsinə təhvil verilib və dəfn edilib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol