• $
  • €
  • ₽
  • ₺
  • £

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı
11.04.2022 14:57
"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində "Smart Qarabağ” Hakatonuna qeydiyyat yekunlaşıb.
 
Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.
 
Bununla yanaşı, "Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub.

Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı "Ağıllı şəhər” konsepsiyası üzrə təşkil olunacaq yarışmaya müraciət ünvanlayıb. Münsiflər heyəti daxil olan 188 müraciəti tədbirin şərtləri çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan iştirakçıları təyin edəcəklər.

"Əşyaların interneti”, "Süni zəka”, "Maşın öyrənilməsi”, "Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən "Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək "Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılır.

"Smart Qarabağ” Hakatonu Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol