Biləsuvarda əmək hüquqları ilə bağlı ictimai görüş olub

Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Biləsuvarda əmək hüquqlarının müdafiəsi ilə bağlı vətəndaşlarla ictimai görüş və təlim keçirib.
İctimai görüşdə müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışan işçilər, müəyyən iş yerlərinin rəhbər şəxsləri və insan resursları üzrə mütəxəssislər iştirak edib və Biləsuvarda əmək hüquqlarının durumu müzakirə olunub.
ILRA-nın həmtəsisçiləri Asif Oruclu və Fərid Rüstamzadə əmək hüquqlarının müdafiəsi üçün mövcud hüquqi mexanizmlər, ILRA-nın işçilərin əmək hüquqlarının qorunmasında rolu, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi perspektivləri ilə bağlı məlumat veriblər. O cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı vətəndaşların fikirləri və təklifləri dinlənilib. Tədbirdə əmək hüquqları ilə bağlı iştirakçıların müxtəlif sualları cavablandırılıb. Tədbirdən sonra bəzi vətəndaşlar üçün hüquqi konsultasiya təşkil olunub.
Eyni zamanda, insan resursları mütəxəssisləri və aktiv işçilər üçün əmək hüquqları ilə bağlı intensiv təlim keçirilib. 4 moduldan ibarət olan təlim sessiyası zamanı iştirakçılara əmək hüquqları üzrə ən çox rast gəlinən pozuntular barədə əmək qanunvericiliyinin tələbləri və müdafiə mexanizmləri ilə bağlı praktiki məlumatlar verilib. Yekunda imtahanı uğurla keçib təlim sessiyasından məzun olan iştirakçılar sertifikatla təltif edilib.

www.anews.az

Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Azərbaycanda işçilərə münasibətdə əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib