Siyəzəndə şagird məktəbdə bıçaqlandı- YENİLƏNİB

Siyəzən rayonunda məktəbdə baş verən bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.
Hadisə aprelin 5-də şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin həyətində qeydə alınıb.
Belə ki, IX sinif şagirdi M.X. ilə X sinif şagirdi F.T. arasında əvvəl şəxsi münaqişə zəminində mübahisə düşüb. Daha sonra M.X. üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib.
Bu gün M.X. Siyəzən Rayon Məhkəməsinin qarşısına çıxarılır. Məhkəmənin onun barəsində qərar verəcəyi gözlənilir.
**********
Siyəzəndə orta məktəbdə bıçaqlanma olub.
Hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.
Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.( Qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























