• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da seminar keçirilib

ADU-da seminar keçirilib
12.04.2022 19:00
Azərbaycan Dillər Universitetinin (ADU ) Konfutsi İnstitutunda "İnsanın kosmosa uçuşu” Beynəlxalq Gününə həsr olunmuş "Azərbaycan və Çin: Kosmosa İpək yolu” adlı tələbə seminarı keçirilib.
 
Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  "Çinin Kosmik Fəaliyyətləri-2021” Ağ Kitabında əksini tapan Çinin kosmosun tədqiqi ilə bağlı siyasətinin məqsədi, prinsipləri və xüsusiyyətlərindən danışıb.
 
R. Abbasov Azərbaycanda kosmik tədqiqatların inkişafında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayaraq, Beynəlxalq Astronavtika Federasiyasının 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Konqresindən bəhs edib.
 
Dünyanın 30 ölkəsindən tanınmış kosmonavt, astronavt və alimlərin iştirak etdiyi konqresdə kosmik nəqliyyat sistemlərinin inkişafına, avtomatik peyklərin istismarına və Yerin təbii sərvətlərinin tədqiqinin kosmik üsullarına xüsusi diqqət yetirilib.
 
R. Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi haqqında Sərəncamını da xatırladaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kosmik sənayenin uğurlu inkişafı və peyk layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq kosmik birliyin tamhüquqlu üzvü oldu.
 
Seminarda ADU-nun çinşünas tələbələri Çinin "Şençjou” kosmik pilotlu uçuş proqramları, "Beydou” qlobal naviqasiya peyk sisteminin həyata keçirilməsi,  "Tyanven" zondunun Marsa enişi barədə çıxışlar ediblər. "Çan-E” Ay Proqramının həyata keçirilməsi nəticəsində Çin Ayın əks tərəfində tədqiqat aparan ilk ölkə olduğu qeyd edilib.
 
Tələbələr həmçinin, Azərbaycan Respublikasının kosmik sənayesinin yaradılması və inkişafı, peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramları, kosmik tədqiqatlar və peyk vasitəsilə məsafədən müşahidə və peyk rabitəsi xidmətlərinin genişləndirilməsi barədə danışıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol