Yasamal rayonunun Naxçıvani küçəsi əsaslı şəkildə təmir edilir

Paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılıb.
Küçənin əsaslı şəkildə təmiri nəticəsində burada yollar asfaltlanıb, piyada səkiləri və bordyurlar bərpa edilib, panduslar yerləşdirilib.
Ərazidəki binalar boyanıb, təhlükə yarada biləcək agaclar budanıb və yaşıl zona yaradılıb. Eyni zamanda ərazidə avtomobillər üçün xüsusi parklanma məkanları da istifadəyə verilib.Küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmini üçün nişanlanma xətləri çəkilib, yol nişanları quraşdırılıb və küçə müasir görkəmdə Yasamal sakinlərinin istifadəsinə verilib.
Yasamal rayonun digər küçə və məhəllərində də yaxın zamanlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılması nəzərdə tutulur.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























