• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun növbəti gəmisi iki şəhid qardaşın adını DAŞIYACAQ

Mübariz Mənsimovun növbəti gəmisi iki şəhid qardaşın adını DAŞIYACAQ
12.04.2022 19:54
"Palmali” Şirkətlər Qrupu dənizə buraxılacaq növbəti gəmiyə Vətən müharibəsinin şəhidləri olan İman və Bəhram Məmmədzadə qardaşlarının adını verəcək, bu barədə anews.az-a şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.

140 metr uzunluğu, 17 metr eni, 7 min 500 DWT  daşıma qabiliyyətinə malik olan kimyasal tanker aprelin 26-da yola salınacaq. Şəhid qardaşlarının adının daşıyacaq gəminin yolasalınma tədbirində ailə üzvləri də dəvət olunub.
 
İman və Bəhram qardaşları 44 günlük müharibədə eyni gündə şəhid olublar. 
 

Bakı şəhəri Binə qəsəbəsində doğulan əslən Lerikdən olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadələr Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gələrək hərbi xidmətə çağırılmalarına 1 il qalmasına baxmayaraq hərbi komissarlığa gedib könüllü şəkildə Orduya yazılıblar. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda ilk olaraq cəbhəyə yola düşüblər. Döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad olunmasında iştirak ediblər. Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Mübariz Mənsimov və "Palmali Holdinq”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, "Palmali Holdinq”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları verilir. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. "General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb. Aprel ayının 16-da isə Bolqarıstanın Varna şəhərindəki "Terem Shipyard” tərsanəsindən, II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə veriləcək. 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol