Bərdədə külək dağıntılara səbəb oldu, yaralılar var

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb, irigövdəli ağac evin üstünə aşıb, üç nəfər xəsarət alıb.
Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb.
Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























