Bakıda küləyin sürəti 26 m/s-ə çatıb - FAKTİKİ HAVA

Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s çatıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Küləyin sürəti Çilov adasında 19 m/s, Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.
Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.
Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























