• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Kazımov mərhum polkovnikin oğlu imiş - Foto

Taleh Kazımov mərhum polkovnikin oğlu imiş - Foto
13.04.2022 10:21
Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu əvəzləyəcəyi gözlənilən Taleh Kazımov mərhum polkovnikin oğlu imiş.

Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun övladıdır.

Tahir Kazımov xidmətdə olduğu 1967-1997-ci illərdə bir sıra rayonların polis idarələrinin rəisi, eləcə də Bakı Metropolitenində Polis Şöbəsini rəisi vəzifələrində çalışıb, polkovnik rütbəsinədək yüksəlib.

Yazıçı kimi də tanınan Tahir Kazımov 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik  Agentliyində direktor müavini, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.

Birinci Qarabağ Müharibəsi veteran olan Tahir Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib.

Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.
Taleh Kazımov Elman Rüstəmovun yerinə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib. Onun Mərkəzi Bankın rəhbəri təyin ediləcəyi bildirilir.(qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol